Bakıda ağır qəzada 4 nəfər yaralandı - FOTO

09:38 24.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Hafta.az-ın Trend-ə istinadən məlumatına görə, qəza Abşeron rayonu Masazır qəsəbəsi Masazır-Novxanı yolunda qeydə alınıb. İki "Lada" markalı, 15-BV-216 və 99-VK-812 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

 

Avtomobilin deformasiya uğramış salonundan şəxsləri çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

 

Avtomobildən çıxarılan sürücü və sərnişin aydiyyatı üzrə təhvil verilib.